Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çempionatımızda bu cür epizodlar həddindən çoxdur" – Rəşad Sadıqov
    15.09.2023 23:26:30

    "Zirə" Azərbaycan Premyer Liqasının Vl turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Onları bağrıma basıram.

    - Hakimliklə bağlı nə deyə bilərsiniz?

    - Danışmaq istəmirəm.

    - Komanda 6 turdur ki, liderdir. Tam komplektləşmisiz?

    - Son ana qədər danışıq apardığımız futbolçular var idi. Daha iki transfer etmək istəyirdik. Təəssüf ki, alınmadı. Artıq bunu qış fasiləsində edəcəyik. Bu gün Komandada olan futbolçuların performansından razıyam. Amma təbii ki, güclənməyə ehtiyac var. Transfer pəncərəsi bağlandı. Bəlkə də azad agent statusunda olan və bizi qane edən futbolçu olsa, götürəcəyik.

    - Hansı mövqelərə transfer lazımdır?

    - Hücumameyilli oyunçu istəyirdim. Danışıqlar aparırdıq, son anda alınmadı. Ən azı bir mərkəz müdafiəçisi də götürməliydik. Bu mövqedə bir oyunçumuz zədələnsə, onu əvəz etməyə futbolçu yoxdur. Məşqçi işi belədir. Hər şey sənin istədiyin kimi gedə bilməz.

    - Çantakiasın start heyətində olmamasının səbəbi nə idi?

    - Ümumiyyətlə Çantakias bu il yaxşı performans göstərir. Həyətimizdə ən çox oyun keçirən futbolçulardandır. Bu gün 100-cü oyununu keçirirdi. Onu da Qismət Alıyevi də təbrik edirəm. Bu gün rotasiya etdik. Çantakiasın üç sarı vərəqəsi var. Hər üç mərkəz müdafiəçisi daim yaxşı formada olmalıdır. Onların heç birinə əvəzedici oyunçu kimi baxmıram. Müəyyən detallar rəqabətdə rol oynaya bilər.

    - İlkin Muradovun start heyətində oynamasında həlledici amil nə idi?

    - Bəzən İlkinin ərköyünlüyü olur. Bu olmadığı halda planlarımıza uyğun oyunçudur. Bu gün də çox yaxşı oyun nümayiş etdirdi. Hazırlığı yaxşı səviyyədə idi. Müəyyən xırda problemlər var idi. Onu aramızda həll etdik.

    - "Zirə"yə qarşı hər zaman təzyiqlər olur. Yenə də bunu hiss edirsiz?

    - Daha çox yaxşı gedəndə bunu hiss edirik. Mən nəsə qərəz olduğuna inanmıram. Çünki, bu il hakimlərimiz çox yaxşı performans göstərir. Müəyyən səhvlər yəqin ki, gələcəkdə də olacaq. Hələ qırmızı vərəqə epizoduna baxmamışam. Ona görə də səhv olub-olmadığını dəqiq deyə bilmərəm. Təbii ki, nə iləsə əlaqələndiriləcək. Çempionatımızda bu cür epizodlar həddindən çoxdur. İstərdim ki, hakimlərimiz minimum səhv etsinlər. Bütün komandalar böyük həvəslə mövsümə başlayıblar. 10 komandanın hansınısa digərlərindən ayırmaq olmur. Hamı yaxşı mübarizə aparır, məşqçi işi görünür. Bu, sevindirici amildir. Bütün komandaların oyununda irəliləyiş var. Hakimlərin çiyninə ağır yük düşəcək. İnşallah öhdəsindən gələrlər.

    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved