Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.
Prosport.Az xəbər verir ki, 27 yaşlı hücumçu "Trat"a qarşı keçirdikləri çempionatın IV tur oyununda 1-ci və 4-cü qolun vurulmasında yaxından iştirak edib.
Matça start heyətdə başlayan Ramil Şeydayev 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

