İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu açıqlanıb.
Propsort.Az xəbər verir ki, ayın ən yaxşısı “Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison seçilib.
Keçən ay 26 yaşlı futbolçu Premyer Liqada 3 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib.
Qeyd edək ki, bu, Meddisonun "Tottenhem"də ilk mövsümüdür.

