“Sabah”ın yeni transferi Ayaz Quliyev Azərbaycan Premyer Liqasında yerli futbolçu statusu ilə oynayacaq.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib.
Bir müddətdir ki, davam edən proses artıq başa çatıb. Quliyev daxili oyunlarda məhz yerli statusu ilə oynayacaq. Onun Azərbaycan millisinə cəlb edilməsində də problem olmayacaq.
Quliyev bundan əvvəlki klublarında Rusiya vətəndaşı kimi oynayıb.
Qeyd edək ki, Ayaz Quliyev ötən ayın əvvəlində Rusiyanın "Ximki" klubundan transfer olunub. 27 yaşlı yarımmüdafiəçi qonşu ölkənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib. 26 yaşlı futbolçunun “Sabah”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

