Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Araz-Naxçıvan"ın qol hissiyatı yaxşı olan futbolçuları var" – Qara Qarayev
    15.09.2023 12:32:47

    “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev komandasının Misli Premyer Liqasının 6-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi matç haqqında fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, 30 yaşlı futbolçu klubun televiziyasına açıqlamasında rəqibin üstün keyfiyyətlərə malik olduğunu deyib: 

    “Qəbələdə kiçik təlim-məşq toplanışı keçirdik. Düşünürəm ki, bu, çox vacib idi. Sözsüz ki, bu, daha hazırlıqlı olmağımız üçün idi. “Araz-Naxçıvan” indi yüksəlişdədir. Onların təhlükəli oyunçuları var. Yaxşı müdafiə olunurlar, hücumlar qura bilirlər. Ən əsası da, "Araz-Naxçıvan"ın qol hissiyatı yaxşı olan futbolçuları var. Bunları çempionat matçlarında göstəriblər. "Araz-Naxçıvan" istənilən komandadan xal ala biləcək rəqibdir. Bizi çətin, lakin maraqlı qarşılaşma gözləyir. Ümid edirəm ki, oyuna qədər bütün hazırlıqlarımız yekunlaşacaq. Sözsüz ki, futbol fərdiş oyunudur. Daha yaxşı çıxış edənlər daha yaxşı oynayanlardır. Həm fiziki, həm də taktiki baxımdan Qəbələ toplanışı bizim üçün vacib idi. Çünki bu il komanda olaraq birlikdə təlim-məşq toplanışı keçirə bilməmişdik".

    Bu yay "Qarabağ"dan ayrılaraq Bakı təmsilçisinə keçən Q.Qarayev artıq komandaya tam uyğunlaşdığını deyib: "Mənə gəlincə, indi komandaya və oyun sisteminə tam uyğunlaşdım. Buradakı atmosfer, azarkeşlərin münasibəti adaptasiya dövrünü daha sürətli edir, futbolçuların özünü komfortlu zonada hiss etməsinə kömək olur. Bununla bağlı heç bir problem yaşamamışam. İlk günlərdə bir az hiss edirdim ki, fərqli atmosfer, yeni oyunçular var. Amma bu, çox qısa zaman oldu. İndi hər şey qaydasındadır. Komandanın futbol biliyinə, ideyasına tam alışmışam. Fikrimcə, gələn futbolçuların hamısı artıq bu dövrü keçiblər. Problemimiz yoxdur. Ancaq matçlara, nəticəyə köklənmişik".

    Futbol

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04
    Futbol

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11
    Futbol

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57
    Futbol

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30
    Futbol

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52
    Futbol

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29

    Premyer Liqa: Mərkəzi oyunlar FIFA referilərinə tapşırıldı

    26.11.2026 15:43:51

    Gəncə klubunun prezidenti və futbolçusuna cəza verildi

    26.11.2026 15:12:40

    Hansi Flik Bakıdakı qələbədən sonra tarixi uğura imza atdı

    26.11.2026 14:42:03

    Bakıda keçirilən dünya çempionatında 7 erməni idmançı yarışır – ADLAR

    26.11.2026 14:23:50

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved