"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, toqolu futbolçu Emmanuel Hakmanla 1+1 illik müqavilə bağlanıb. Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"d oynayıb.
Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.

