Futbol üzrə Albaniya çempionatında lll turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Erzeni"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal İsgəndərli də görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə çıxıb və 71-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xallarını 6-ya yüksəldən "Eqnatia" 10 komanda arasında turnir cədvəlinin ll pilləsində qərarlaşıb.

