“Qarabağ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
Prosport.Az xəbər verir ki, Anar Hacıyev klubun mətbuat xidmətinin rəhbəri təyin olunub.
O, bu il iyunun 13-dən vakant olan postu tutub. A.Hacıyev bunadək “Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.
Xatırladaq ki, "Qarabağ"da daha əvvəl bu vəzifədə "CBC Sport" telekanalında şərhçilik də edən Gündüz Abbaszadə idi. O, ötən mövsüm başa çatdıqdan sonra klubdan ayrılıb.

