Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "UEFA-ya yaxın idarəçilik xətti tutmaq niyyətindəyik" – Barış Şimşək
    13.09.2023 17:37:02

    "UEFA-ya yaxın idarəçilik xətti tutmaq, təlimatlara uyğun, şəffaf sistem qurmaq niyyətindəyik. Müəyyən irəliləyişlər var, amma hələ də inkişaf etməliyik".

    Prosport.Az xəbər verir, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək idman jurnalistləri üçün təşkil olunan seminarda deyib.

    O, Azərbaycanda klub rəsmilərinin hakimlərə hər hansı təkliflər etmədiyini deyib:

    "Belə bir şey olmayıb. Hakimlərimizin hamısına tam güvənirəm".

    Komitə sədri ölkə xaricində toplanış keçməmələrinin səbəbini açıqlayıb: "Artıq bir çox ölkələrdə toplanış zamanı xaricdən gələn hakimlərə oyun idarə etməyə icazə verilmir. Hakimlərimiz Azərbaycanda qalaraq daha çox oyun idarə etdilər".

    Barış Şimşək Azərbaycan Premyer Liqasının cari mövsümündə hakimlərin idarəçiliyindən razı olduğunu söyləyib:

    "Beşinci tur daha yaxşı ola bilərdi. Səhvlər hakimliyin bir hissəsidir. Sizin çox yaxşı dəyərləndirdiyiniz oyunlarda da səhvlər görürük".

    Türkiyəli mütəxəssis hakimlərin sayının az olduğunu qeyd edib:

    "Yeni kursumuz başlayacaq. Mətbuatdan da dəstək gözləyirik. 55-60 müraciət var. Bir neçə ay ərzində onları dəyərləndirəcəyik. Aşağı yaş qrupları üzrə liqaların oyunlarını da izləyirik. Əsas odur ki, çox hakim olsun. Biz onları izləməyə çatdıracağıq".

    O, səhvlərə görə hakimlərin "istirahətə göndərildiyini" söyləyib:

    "Biz cəza sözünü işlətmirik. Buna dincəlmək deyirik. Hazırda bir neçə hakimimiz istirahətdədir. Liqalarda bütün oyunları televiziyadan izləyirəm, artıq gözlərim xarab olub. Raportlara baxıram. Səhvlərimiz də olur. Amma əlimizdən gələni edirik. İndi hakimləri çox yaxşı tanıyıram. Ədalətli şəkildə həm mükafatlandırma etməli, həm də cəza verməliyik. Balansı qorumalıyıq. Bütün hakimlərimiz bizə lazımdır".

    Komitə rəhbəri oyunlar zamanı hakimlərin VAR-a uzun müddət baxmasına toxunub. O, getdikcə bu vaxtın azalacağını deyib:

    "Texniki şərtlər önəmlidir. Hakimlərin də təsiri var, işıqlandırma sisteminin də. Onlarla səbəb var. Yekunda hamısı hakimdə birləşir. Türkiyədə VAR-a baxmaq üçün ortalama vaxt 124 saniyədir. Beş ildir orada bu sistem tətbiq olunur. Bizdə ötən mövsüm ilk idi və ortalama vaxt 173 saniyə oldu. Bu mövsüm yenə eyni olsa, deməli, səhv edirik. VAR hamının bacardığı iş deyil. İşin ustasını iş başında gördükdə vaxt da azalacaq. İlk ildə bunları gördük. 16 hakim həm meydanda olur, həm də VAR-da".

    Barış Şimşək gələcəkdə azərbaycanlı hakimlərin Türkiyədə, türkiyəli hakimlərin isə ölkəmizdə oyun idarə etməsinin mümkün olduğunu bildirib:

    "Bunun üzərində işləyirik. Burada olmağım, iki qardaş ölkə olmaq önəmli faktorlardır. Sadəcə, daha düzgün vaxtı tapmalıyıq. Təkcə Türkiyə deyil, 8-10 il sonra bütün ölkələrdə belə hallar olacaq, fərqli ölkələrin hakimlərinin müxtəlif liqalarda oyun idarə etdiyini görəcəyik".

    Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Premyer Liqasında qadın hakimlər iş başında ola bilərlər:

    "Qadın hakimlərimiz I Liqada mütəmadi oyun idarə edirlər. Premyer Liqa üçün hələ tezdir. Burada kişi qaçışları olmalıdır. Söz verməyim, amma qadın hakimləri Premyer Liqada görə bilərik. Hazırda qadın hakimimiz çox azdır. Bu sahəni cazibəli etməliyik. Sadəcə, fitnes testini keçmələri lazımdır. Sonrası çox asandır. Avropada qadın hakimlər axtarırlar. 6-7 qadın hakimimiz var. Qadın futbolçular bu işdə yaxşı seçim ola bilər".

    Futbol

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11
    Futbol

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46
    Futbol

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12
    Futbol

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42
    Futbol

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49
    Futbol

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Futbolçular hələ 120 dəqiqəlik ağır yükü daşımağa tam hazır deyil" – Qurban Qurbanov

    31.07.2026 02:27:11

    "Qarabağ" Avropa Liqası ilə vidalaşdı

    31.07.2026 00:55:46

    "Neftçi" Konfrans Liqasında mübarizəni dayandırdı

    30.07.2026 22:55:12

    "Sanki top qapıdan keçmək istəmirdi" - Rəşad Sadıqov

    30.07.2026 22:48:42

    Azərbaycanı Kocaelidə onlar təmsil edəcək - ADLAR

    30.07.2026 22:41:49

    "Döyüşdük və qalib gəldik" - "Payde"nin baş məşqçisi

    30.07.2026 22:22:39

    Dünya çempionatı: Sərbəst güləşçilərimizin rəqibləri bilindi

    30.07.2026 22:18:33

    "Zirə" avrokuboklarla vidalaşdı

    30.07.2026 21:53:43

    "Sumqayıt" "Şamaxı"nı məğlub etdi

    30.07.2026 21:29:42

    MOİK - "Qarabağ": HEYƏTLƏR

    30.07.2026 21:07:49

    "Dinamo" - "Neftçi": HEYƏTLƏR

    30.07.2026 20:24:23

    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək

    30.07.2026 20:17:27

    "Roma"dan yeni transfer

    30.07.2026 19:46:45

    UEFA FIFA-nın özəlləşdirmə planına qarşı çıxdı: “Dünya çempionatı satılmır”

    30.07.2026 19:12:41

    "Zirə" - "Payde": HEYƏTLƏR

    30.07.2026 18:50:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved