“Niyə hakim-inspektor kimi təyinat almayım? Dünən Elçin Məsiyevin idarə etdiyi AÇ-2024-ün seçmə mərhələ oyununda eyni vəzifəni UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti yerinə yetirib”.
Prosport.Az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək jurnalistlər üçün təşkil olunan seminarda deyib.
Türkiyəli mütəxəssis buna haqlarının çatdığını bildirib:
“Mən niyə öz işimi davam etdirməyim? Bunun çox faydası var. Bəzən xüsusi izləməli olduğum referilər olur. Təyinat almasaydım, tam anormal olardı”.
Qeyd edək ki, Elçin Məsiyevin idarə etdiyi İsveçrə - Andorra matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

