"Ağdaş" - "Baku Sportinq" oyununun (2:4) nəticəsi ləğv edilib.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Bildirilir ki, görüşün 58-ci dəqiqəsində meydana girən "Baku Sportinq"in 10 nömrəli futbolçusu Elgün Abbaslının adı protokolda olmayıb.
Bu səbəbdən də rəqib komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

