Burundi milli komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsində C qrupunda son oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Kamerunla səfər matçı Burundinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb – 0:3.
Burundililərin bu oyundakı heyətində “Sumqayıt”ın yarımmüdafiəçisi Trezor Mossi yer alsa da, o, bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
Qrupda keçirilən oyunların nəticələrinə əsasən, Burundi final mərhələsinə vəsiqə qazanmayıb.

