21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib. Azərbaycan komandasının heyətində Süleyman Damadayev 90-cı dəqiqədə 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.
Yığmamızın yer aldığı qrupun digər oyununda Ukrayna Şimali İrlandiya ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Hazırda İngiltərə, Serbiya, Ukrayna və Lüksemburqun hərəyə 3 xalı varsa, Şimali İrlandiya və Azərbaycan yığmaları xalsızdır.

