Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Süle Almaniya millisinin Fransa ilə yoldaşlıq oyununda iştirak etməyə bilər.
Prosport.Az xəbər verir ki, 28 yaşlı futbolçu millidən ayrılıb. Yaxın vaxtlarda onun ikinci övladı dünyaya gələcək.
Hazırda futbolçunun Fransa yığması ilə görüşdə iştirak edib-etməyəcəyi məlum deyil.
Almaniya – Fransa oyunu sentyabrın 12-də keçiriləcək.

