Qarabağ"ın yarımmüdafiəçisi futbolçusu Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti matçını keçirib.
Prosport.Az xəbər verir ki, Yankoviçin komandası Bolqarıstanla üz-üzə gəlib. Matç Monteneqronun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Marko 84-cü dəqiqədə əvəzlənib. Beş turdan sonra 8 xala malik Monteneqro 3-cü pillədədir.

