Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.
Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar” üç gün Bakı Olimpiya Stadionunda məşq edib.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün Qəbələyə yola düşür. “Qırmızı-qaralar” millilərin oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını doğma stadionda davam etdirəcək.
Komanda sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Qəbələ şəhər stadionundakı matçda “qırmızı-qaralar” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq. Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək komanda VI turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.
Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.

