Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, yığma komanda V tur çərçivəsində Belçika ilə üz-üzə gəlib.
Belçikalılarla oyun “Dalğa Arena”da keçirilib və Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb - 0:1.
Azərbaycan millisi ilk dörd oyunda hesabına cəmi 1 xal yazdıra bilib. Matçda yeganə qolu Yannik Karrasko vurub.
Qeyd edək ki, Canni De Byazinin rəhbərlik etdiyi Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək.

