Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi I Liqada mübarizə aparan "Zaqatala" ilə qarşılaşıb. Matç Azər Məmmədovun rəhbərlik etdiyi kollekivin minimal hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu Abdullahi Şuaybu vurub.

