Azərbaycan millisi Bakıda Belçika yığmasına qarşı keçirəcəyi AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl Mərdəkanda yerləşən "Dalğa Arena"da son məşqinə çıxıb.
Prosport.Az xəbər verir ki, hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Qeyd edək ki, sabah "Dalğa Arena"da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.

