"Sumqayıt" növbəti transferini həyata keçirib.
Prosport.Az xəbər verir ki, klub "Akademiya Pandeva"nın futbolçusu Kristian Velinovskini heyətinə qatıb.
Bu barədə Şimali Makedoniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, "Sumqayıt" 24 yaşlı hücumçu üçün kluba müəyyən təzminat ödəyib.
Qeyd edək ki, Kristian Velinovski 2018-ci ildən ölkəsində "Akademiya Pandeva"nın əsas komandasında oynayıb.

