"Qarabağ"dan Türkiyənin "Adana Dəmirspor" klubuna transfer olan Şahruddin Məhəmmədəliyev Ağdam təmsilçisi ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, 29 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib. Azərbaycan milli komandasının qapıçısı "Qarabağ"a təşəkkür edib:
"Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli "Qarabağ".
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev "Adana Dəmirspor"la 2 illik müqavilə imzalayıb.

