“Azərbaycanlı futbolçular belçikalı ulduzlarla qarşılaşmaq üçün səbirsizlənirlər”.
Prosport.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Kenni Sayef Belçika mətbuatına açıqlamasında deyib.
O bildirib ki, millimizin üzvləri Doku, Trosaar və Lukaku kimi oyunçulara qarşı oynamağa tələsirlər: “Hətta bizim müdafiəçimiz Höccət Haqverdini də Lukaku ilə oyuna çağırıblar”.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

