Azərbaycan Premyer Liqasının 11-ci turundakı "Şəfa" - "Araz Naxçıvan" qarşılaşması qonaqların oyuna gecikməsi səbəbindən 15 dəqiqə gec başlayacaq.
Prosport.Az xəbər verir ki, qonaqlar tıxaca düşərək matçın keçiriləcəyi Sumqayıt SOCAR Polymer Arena-ya vaxtından gec gəliblər.
Qeyd edək ki, oyun 16:00-da start götürməli idi.
