Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu sualı klubun prezidentinə versəniz, daha yaxşı olar" – Qurban Berdiyev
    6.11.2026 20:44:29

    Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edən “Turan Tovuz”un baş məşqçisi Qurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında fikirlərini bölüşüb.

    – Qələbəyə görə çox şadıq. Amma bu nəticəyə çatmaq üçün çətinliklərdən keçməli olduq. Xüsusilə müdafiədə etibarlı və diqqətli oynamağımız çox önəmli idi. “Qarabağ” həqiqətən də güclü komandadır.

    – “Turan Tovuz” liderlərə qarşı – istər “Neftçi”, istər “Sabah”, istərsə də bu gün “Qarabağ”la matçlarda heç də pis təsir bağışlamır. Bu, komandanın artıq çempionatın güclüləri sırasına daxil olduğunun göstəricisidirmi? 

    – Bunu birbaşa demək çətindir, çünki hər bir oyun xüsusi taktiki hazırlıq tələb edir. Mən daha çox uşaqlara görə sevinirəm ki, onlar nəhayət özlərinə inandılar. Başa düşdülər ki, liderlərə qarşı da uğurla oynamaq olar. Əslində, bütün bu matçlar tamamilə fərqli ssenari üzrə də cərəyan edə bilərdi.

    – Keçən mövsüm komandanın əsas simalarından olan Faiq Hacıyev son vaxtlar az oynayır. Mediaya onun vəziyyətinin dəyişməyəcəyi təqdirdə komandadan ayrıla biləcəyi ilə bağlı məlumatlar sızıb. Faiq Hacıyevin gələcəyini necə dəyərləndirirsiniz? Onu komandada saxlamağı düşünürsünüzmü?

    – Ümumiyyətlə, suallar matçla bağlı olmalıdır, amma yenə də cavablandıracağam. Faiq digər futbolçular kimi bizim komandamızın üzvüdür. Hər kəs öz şansını səbirlə gözləyir. Faiq məşqlərdə çox yaxşı çalışır. Sadəcə, onun çıxış etdiyi mövqedə hazırda Silva oynayır və o da kifayət qədər yaxşı təsir bağışlayır.

    – Komandanın çempionluq mübarizəsində iddialı olması üçün qış transfer pəncərəsində heyəti gücləndirmək planınız varmı? Transfer siyahısı artıq müəyyənləşdirilibmi? 

    – Bu sual mənə ünvanlanmamalıdır, bunu klubun prezidentinə versəniz, daha yaxşı olar. Maliyyə məsələlərinə və transfer siyasətinə mən baxmıram.

    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Futbol

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45
    Futbol

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved