AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi və "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.
Prosport.Az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda Elmar Baxşıyevin qırmızı vərəqə almasına hüquqi qiymət verib.
43 yaşlı məşqçi 1 oyunluq cəzaya məruz qalıb. Klub buna görə 800 manat cərimələnib.
Vaqif Cavadovun cəzalanmasına isə "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.
Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, "gənclik şəhəri" təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.

