“Sabah”ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasında “Vikinq”ə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, müdafiəçi media nümayəndələrinin suallarını cavablandırıb.
– “Vikinq” sürətli hücumlarla müdafiənizə təzyiq göstərəcək. Turnirdəki 3 matçda da fərqlənib, “Bavariya”ya qol vurublar. Onlara qarşı necə müdafiə olunacaqsınız?
– Tək müdafiə deyil, bütün komanda olaraq hərəkət etməliyik. Hər vəziyyət fərqli həll yolu istəyir. Qarşımıza çıxan hər problemin öhdəsindən gəlməyə çalışacağıq. "Vikinq" də bizim haqqımızda düşünməlidir.
– Çempionlar Liqasında ilk qolunuzu vurdunuz. Bu, sizə nə qədər inam verdi?
– Bu qol, şübhəsiz, əlavə inam verdi. Bunu növbəti oyunda da göstərməliyəm. Şans yaransa, yenidən qol vurmağa çalışacağam. Eyni zamanda müdafiədə etibarlı olmalıyıq.
