"Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Şurasına üzv seçilib.
Prosport.Az xəbər verir bu barədə ECA-nın "X" sosial şəbəkə hesabında bildirilib.
Seçki qurumun Almaniyanın paytaxtı Berlində təşkil olunan Assambleyasında gerçəkləşib. Burada Azərbaycan klublarından "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, "Neftçi"nin prezidenti/icraçı direktoru Fərrux Mahmudov, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və "Qəbələ"nin baş meneceri Nail Kərimov iştirak edib.

