"France Football" jurnalı ilin ən yaxşı qapıçısına verilən "Lev Yaşin" mükafatına namizədləri açıqlayıb.
Prosport.Az xəbər verir ki, namizədlər siyahısına 10 qapıçı daxil edilib.
Tibo Kurtua ("Real"), Yassin Bunu ("Əl-Hilal"), Mayk Manyen ("Milan"), Mark-Andre ter Ştegen ("Barselona"), Ederson ("Mançester Siti"), Andre Onana ("Mançester Yunayted"), Aaron Remsdeyl ("Arsenal"), Emiliano Martines ("Aston Villa"), Dominik Livakoviç ("Fənərbaxça"), Bris Samba ("Lans")
Bu mükafatın qalibi 30 oktyabr 2023-cü ildə keçiriləcək "Qızıl top" mərasimində elan ediləcək.

