"Kəpəz" milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanaraq yoxama oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan l Liqasında mübarizə aparan "Zaqatala" ilə qarşılaşacaq.
Matç sentyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək. Görüş saat 17:00-da start götürəcək.

