PFL Azərbaycan Premyer Liqasında avqust ayının TOP-5 qolunu açıqlayıb.
Prosport.Az xəbər verir ki, “ayın qolu”nu müəyyənləşdirmək üçün futbolsevərlər ən çox bəyəndiyiniz qolu emojilər vasitəsilə seçə biləcəklər.
Namidlər sırasında David Qomis (“Səbail”), Tellur Mütəllimov (“Sabah”), Salifu Suma (“Zirə”), Adama Diakabi (“Qarabağ”) və Turan Manafov (“Araz-Naxçıvan”) yer alıb.
Qeyd edək ki, səsvermə 9 sentyabr saat 18:00-da yekunlaşacaq.

