“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, rusiyalı sol vinger Reziuan Mirzov ilə 1 illik müqavilə bağlanıb. 30 yaşlı kabardin əsilli yarımmüdafiəçi bu komandanın heyətində 22 nömrəli formanı geyinəcək.
Reziuan Mirzov Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında çıxış edib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Sinyasiki, Dieqo Valdes və hücumçu Aaron Olanare ilə anlaşıb.
Onu da bildirək ki, Reziuan Mirzovun Rusiya mətbuatında yazıldığı kimi, "Sabah"a yox, "Neftçi"yə keçəcəyini ilk olaraq saytımız yazıb.

