İsveçrənin "Qrasshoper" klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla müqaviləni uzadıb.
Prosport.Az xəbər verir ki, 24 yaşlı hücumçunun 2024-cü ilin yayında başa çatacaq sözləşməsi daha 1 il müddətinə artırılıb.
Həmçinin, onun mövsümün sonuna kimi Türkiyə Super Liqası klubu "Hatayspor"da icarə əsasında çıxış edəcəyi bildirilib. Volkan Dəmirəlin baş məşqçisi olduğu klub isə Renat Dadaşovun tibbi müayinədən keçdiyinə dair foto yayımlayıb.

