"Beşiktaş" heyətinə daha bir legioner qatıb.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"dən Erik Bayi ilə güclənib.
29 yaşlı müdafiəçi ilə 1+2 illik şərtilə müqavilə imzalanıb. Fil Dişi Sahilindən olan futbolçu son mövsümü icarə əsasında "Marsel"də keçirib.
Qeyd edək ki, Erik Bayi "Espanyol", "Vilyarreal"da oynadıqdan sonra 2016-cı ildə "Mançester Yunayted"ə transfer olmuşdu.

