19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan Hikmət Qafarlı Fransa – Portuqaliya matçında 1-ci hakim olmuşdu.
Prosport.Az xəbər verir ki, azərbaycanlı referinin idarə etdiyi görüş portuqalların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi sabahkı Ukrayna – Finlandiya görüşündə isə 3-cü hakim funksiyasını yerinə yetirəcək. Jülien Lanq (Fransa) 1-ci, Ruben Antoniu Kardozo Santus isə 2-ci hakim olacaq. Hakim-inspektor kimi ispan Pedro Anxel təyinat alıb.

