"Ağdaş" komandası yarımpeşəkar statuslu olan II Liqada debüt edib.
Prosport.Az-ın xəbərinə görə, ilk turun oyununda "Ağdaş" yeni yaradılmış "Şahdağ Qusar"la qarşılaşıb. Bu matçda milli komandamızın sabiq futbolçusu, iyunda karyerasını bitirmiş Rahid Əmirquliyev rəqib komandanı meydana kapitan qismində çıxarıb.
4-cü dəqiqədə Xəzər Məmmədov möhtəşəm qolla yerli azarkeşləri sevindirib. 34-cü dəqiqədə o, dubl edib. Lakin "Ağdaş" daha peşəkar futbolçulardan qurulmuş rəqiblə oyunda qələbə hesabını qoruya bilməyib. "Bakı", "Rəvan", "Xəzər Lənkəran", "Kəpəz" və "Sabah"ın sabiq hücumçusu Tural Qürbətov 37 və 51-ci dəqiqədə dubl edib. Görüş 2:2 başa çatıb.
Bununla da Ağdaş şəhəri 26 il sonra böyük futbola qayıdıb. "Ağdaş" II turda yenə Ağdaş şəhər stadionunda oynayacaq və sentyabrın 10-dakı matçda rəqib "Baku Sportinq" olacaq. İlk turun oyunundan və oyunətrafı görüntüləri təqdim edirik:

