“Rakuv” Azərbaycan yığmasının daha bir neçə üzvü ilə maraqlanır. Mahir Emrelinin formasını geydiyi Polşa klubu qışda, ən geci mövsümün sonunda bununla bağlı konkret addım atmağı düşünür.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, polşalıların diqqət mərkəzindəki əsas oyunçu Abdulla Xaybulayevdir.
“Sabah”ın yarımmüdafiəçisi üçün onun klubuna rəsmi müraciət olunacaq. Dayaq yarımmüdafiəçisi milli komandadakı çıxışı ilə diqqət mərkəzinə düşüb.
“Rakuv” rəhbərliyi Mahir Emrelinin çıxışından razıdır və ona yeni müqavilə təklif etməyə hazırlaşır. Digər həmyerlilərimizə maraq da onun etimadı doğrultmasından sonra yaranıb.
Qeyd edək ki, Ayxan Abbasov Tacikistanla oyun öncəsi mətbuat konfransında "Rakuv"un baş məşqçisi ilə Tomaş Kaçmareklə görüşdüyünü, ona başqa milli futbolçularını da təklif etdiyini bildirmişdi.
