UEFA Millətlər Liqasının ilk 4 turundan sonra futbolçuların fərdi çıxış göstəriciləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının və Polşanın “Rakuv” klubunun hücumçusu Mahir Emreli turnirin ən kreativ və təhlükəli oyunçuları ilə bir sırada qərarlaşıb.
Futbol statistikasında birbaşa qol vəziyyəti (zərbə) ilə nəticələnən həlledici ötürmələr, yəni “key pass” siyahısında Mahir Emreli Avropanın nəhəng klublarının ulduzlarını qabaqlamağı və ya onlarla eyni nəticəni göstərməyi bacarıb.
Aktivində 11 həlledici ötürmə olan 29 yaşlı hücumçu bu göstərici ilə Avropa futbolunun elitasına daxil olub.
Turnirdə ən çox “key pass” müəllifləri olan futbolçuların siyahısı belədir:
Coui Veerman (Niderland) – 15
Dominik Soboslai (Macarıstan) – 14
Mahir Emreli (Azərbaycan) – 11
Cud Bellingem (İngiltərə) – 11
Brunu Fernandeş (Portuqaliya) – 11
Martin Ödeqor (Norveç) – 11
Tiffani Reynders (Niderland) – 11
Kevin De Brüyne (Belçika) – 10
Eduard Spertsyan (Ermənistan) – 10
