Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçid olunub.
Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjun baş məşqçisi olduğu kollektiv qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.
