Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Bəlkə də qrupun ən önəmli qələbəsi idi” - Mahir Emreli
    4.10.2026 21:54:07

    Azərbaycan futbol millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının D2 qrupunda Litva ilə qarşılaşmada qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

    Prosport.Az xəbər verir ki, hücumçu matçın gözlənildiyi kimi ağır keçdiyini bildirib.

    “Çox ağır, yüksək tonuslu oyun keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üç gündə həm komanda olaraq, həm də futbolçular fərdi şəkildə özlərini oyuna çox yaxşı kökləmişdilər. Xüsusilə birəbir mübarizələrdə hiss olunurdu ki, komanda həqiqətən bir-biri üçün mübarizə aparır. Belə oyunlarda birəbir mübarizələrin çoxunu qazanırsansa, əksər hallarda bunun nəticəsini də görürsən”, - deyə hücumçu söyləyib.

    Emreli komandanın daha çox qol vurmaq imkanının olduğunu da qeyd edib:

    “Bir qol vurduq, amma düşünürəm ki, bu gün daha çox qol vura bilərdik. Təbii ki, bunun üzərində işləməliyik. Bəzi futbolçular klublarında az oynayırlar. Mən də yay təlim-məşq toplanışında bunu hiss edirdim. Epizodlara girəndə bəzən fürsətləri qaçırırsan. Amma oynadıqca və həmin epizodlara daha çox düşdükcə bu, artıq vərdiş halına gəlir”.

    Hücumçu Lixtenşteynlə əvvəlki qarşılaşmanın nəticəsindən sonra Litva üzərində qələbənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

    “Sevincliyik, önəmli qələbə idi. Xüsusilə Lixtenşteynlə oyundakı nəticədən sonra bu qələbə çox vacib idi. Həm mental baxımdan komandaya müsbət təsir etdi, həm də bir mesaj verdi. Pis nəticədən dərhal sonra toparlanıb yenidən mübarizəyə qoşulmaq sevindirici haldır”.

    Emrelinin sözlərinə görə, Litva ilə matç qrupdakı ən vacib qarşılaşmalardan biri olub:

    “Məntiqlə düşünəndə başa düşürsən ki, Lixtenşteynə qalib gəlsəydik belə, bu oyunda da qələbə qazanmalı idik. Çünki bu qarşılaşmada qələbə olmasaydı, əvvəlki oyunlardakı nəticələrin də bir mənası qalmazdı. Bu, çox önəmli qələbə idi. Bəlkə də qrupun ən önəmli qələbəsi idi”.

    O, qarşıda daha bir oyunun qaldığını xatırladaraq emosiyaları nəzarətdə saxlamağın vacibliyini bildirib:

    “Ən önəmlisi belə hallarda nə həddindən artıq sevinmək, nə də Lixtenşteynlə oyundan sonra olduğu kimi çox üzülməkdir. Sakit qalmaq lazımdır. Sakit qaldığın təqdirdə ümid edirəm ki, nəticə hər dəfə gələcək”.

    Futbol

    “Bəlkə də qrupun ən önəmli qələbəsi idi” - Mahir Emreli

    4.10.2026 21:54:07
    Futbol

    "Baş məşqçidir də, oyundan sonra nəsə deməlidir" - Ayxan Abbasov

    4.10.2026 19:59:51
    Futbol

    "Bu gün bütün qərarlar əleyhimizə oldu" - Edqaras Yankauskas

    4.10.2026 19:30:16
    Futbol

    Millimiz Litvanı məğlub edib, qrup lideri oldu

    4.10.2026 18:58:48
    Futbol

    2-ci Liqa: "Şirvan" və "Marafon" büdrədi, "Dinamo" darmadağına sevindi

    4.10.2026 17:31:18
    Futbol

    Azərbaycan - Litva: HEYƏTLƏR

    4.10.2026 16:05:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Taekvondoçularımız “Albania Open”də dörd medal qazandılar

    4.10.2026 22:32:43

    “Bəlkə də qrupun ən önəmli qələbəsi idi” - Mahir Emreli

    4.10.2026 21:54:07

    "Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm" - Əhməd Yusifov

    4.10.2026 21:30:14

    Astarada şose qaçışı üzrə ölkə birinciliyi keçirilib

    4.10.2026 20:25:38

    "Baş məşqçidir də, oyundan sonra nəsə deməlidir" - Ayxan Abbasov

    4.10.2026 19:59:51

    "Bu gün bütün qərarlar əleyhimizə oldu" - Edqaras Yankauskas

    4.10.2026 19:30:16

    Millimiz Litvanı məğlub edib, qrup lideri oldu

    4.10.2026 18:58:48

    DÇ: Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

    4.10.2026 18:54:18

    Karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb

    4.10.2026 18:12:34

    2-ci Liqa: "Şirvan" və "Marafon" büdrədi, "Dinamo" darmadağına sevindi

    4.10.2026 17:31:18

    Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qaldı

    4.10.2026 16:49:40

    Azərbaycan - Litva: HEYƏTLƏR

    4.10.2026 16:05:44

    DÇ: Könül Əliyeva 1/8 finalda dayandı

    4.10.2026 15:45:14

    Vəli Qasımov poker etdi, "Neftçi" qələbə qazandı

    4.10.2026 15:17:17

    DÇ: Balabəy Ağayev mübarizəni dayandırıb

    4.10.2026 14:08:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved