Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Baş məşqçidir də, oyundan sonra nəsə deməlidir" - Ayxan Abbasov
    4.10.2026 19:59:51

    "Bilirdik ki, 4 oyunun hamısı çətin olacaq. Buna hazırlaşmışdıq. Əsas odur ki, ciddi zədəmiz olmadı və heç bir matçda uduzmadıq. Lixtenşteynlə görüşdən sonra çətin idi. Bəlkə də o oyunda qalib gəlib, bu matçda uduzsaydıq, qələbənin əhəmiyyəti itə bilərdi. Bərabərlik bizi çox üzmüşdü. Futbolçularda inamsızlıq görünürdü. Sevindim ki, 3 gün ərzində futbolçular toparlandı, özlərinə inandılar. Rəqib də bura möhkəm gəlmişdi. Güclər bərabər idi. Bu gün meydançada çox hadisələr oldu. Gənc futbolçular ilk dəfə oynadılar, təcrübəlilər daha da yaxşı çıxış etdilər. Komanda uduzmaq istəmirdi, xarakter göstərdi. Bu da çoxdandır ki, yox idi. İnanıram ki, noyabrdakı rəsmi matçı məğlub olmadan, qalib gələrək, bu ili başa vurarıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasının D Liqasında Litva ilə görüşdən (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib. 

    O, jurnalistlərin suallarını da cavablandırıb. 

    - Bədavi Hüseynov 35 yaşı olmasına baxmayaraq, sona qədər mübarizə apardı. Mahir Emreli son saniyəyə kimi müdafiəyə kömək edirdi. Bəs, Vüsal İsgəndərli nə etmək istəyirdi?

    - Həqiqətən çətindir. Məşqçi üçün böyük təcrübə, böyük roldur. İnanın hərdən öz-özümə fikirləşirəm ki, başqa cür olmuşam. Mənim üçün əsas meydançada patriot olmaqdır. Bədavi Hüseynov hər iki matçda çox yaxşı çıxış etdi. Nə qədər yaxşı hallar olsa da, çatışmayan cəhətlərimiz də var. 2-ci qolu vura bilərdik. İlk dəfə millidə işə başlayanda futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Son matçlarda cərimə meydançasının içində top itiririk. Vaxt lazımdır. Bəlkə də bu gün həyəcana görə səhvlər oldu. Yaxşı olar.

    - Rəqibin baş məşqçisi bildirdi ki, VAR bütün qərarları Azərbaycanın xeyrinə verdi...

    - 1-ci oyunda 100 faiz deyirəm, litvalı futbolçu Emil Səfərovun ayağını tapdalamışdı. VAR müdaxilə etməmişdi. Bəlkə də penalti olmasaydı, biz orada qalib gələcəkdik. Biz bunları heç orada bəhanə etmədik. Olur da, baş məşqçidir, oyundan sonra nəsə deməlidir. Mən də hərdən deyirəm. 

    - Oruc Məmmədovu start heyətində meydana buraxmağınız gözlənilməz oldu və bir az fərqli mövqedə oynadı. Bu nəyə hesablanmışdı?

    - “Şamaxı”da Orucu bu mövqedə sınamışam. Bir çox oyunlarda oynayıb. Bilirdim ki, oynaya bilər. Biz məşqçilər heyət qurmaqda çox fikirləşdik. Dünən gecə qərar verə bilmirdik. Yorğunluq var idi, hər kəs oynamaq istəyirdi. Renat Dadaşov bu gün ağrılarla oynadı, amma dedi ki, kömək etmək istəyirəm. Kömək də etdi. Orucu qazandıq. Bilirəm ki, risk idi. Bəlkə də uduzsaydıq, suallar olacaqdı ki, belə ağır oyunda Oruca nəyə görə güvəndiniz?. Amma biz məşqçilər də risk etməli, güvənməliyik. Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar? Rüfət Abbasov, Oruc Məmmədov, digərləri...Yavaş-yavaş qazanırıq.

    - Lixtenşteyn matçından sonra demişdiniz ki, müqaviləniz qışa qədərdir. Qrup 1-ciliyi və bu qələbə millidəki gələcəyinizə nə dərəcədə təsir edəcək?
    - 
    Vallah o barədə fikirləşmirəm. Bu turnir bitməlidir. Ondan sonra hansı qərar olacaqsa, razılaşacağıq. Millidə 1 oyunda baş məşqçi olmaq da mənim üçün şərəfdir. Sağ olsunlar mənə güvəndilər. Ağır yük, ağır yol idi. Hər dəfə bu söhbət olur, bunu təkrarlamaq özüm üçün də yaxşı deyil. Fransa millisi ilə oyunqabağı söhbətləri xatırlayırsınız da... Həmin ərəfədə rəhbərlik inandı. Onda da U-21 yığmasında çalışırdım. Bu barədə hansısa problem olmayacaq. Müqavilə bitdikdən sonra müddəti artırılmasa da, mənim üçün şərəf olacaq ki, Azərbaycan millisində çalışdım.

    - Bu gün qazanılan qələbədən sonra Lixtenşteynlə görüşdə xal itirən yığmanı bağışlamaq olar?

    - Futbolçulara da dedim ki, biz Lixtenşteyni məğlub etməyə məcbur idik. Futbolda belə hallar olur. Epizod olmasaydı, sönük oynasaydılar, oyuna ciddi yanaşmasaydılar, başqa cür danışardım. Həyəcanlı idik... Çox istədik. Sadəcə, qəza idi. Belə oyunlar olur. Biz də özümüzdən güclü komandalarla bərabərə qalmışıq. Mənim üçün bu oyun vacib idi. Həqiqətən gördüm ki, komanda olaraq məsuliyyəti dərk etdik. Millidən qələbə istəyirlər. Az da olsa, azarkeşlərimizi sevindirdik.

    Futbol

    "Baş məşqçidir də, oyundan sonra nəsə deməlidir" - Ayxan Abbasov

    4.10.2026 19:59:51
    Futbol

    "Bu gün bütün qərarlar əleyhimizə oldu" - Edqaras Yankauskas

    4.10.2026 19:30:16
    Futbol

    Millimiz Litvanı məğlub edib, qrup lideri oldu

    4.10.2026 18:58:48
    Futbol

    2-ci Liqa: "Şirvan" və "Marafon" büdrədi, "Dinamo" darmadağına sevindi

    4.10.2026 17:31:18
    Futbol

    Azərbaycan - Litva: HEYƏTLƏR

    4.10.2026 16:05:44
    Futbol

    Vəli Qasımov poker etdi, "Neftçi" qələbə qazandı

    4.10.2026 15:17:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm" - Əhməd Yusifov

    4.10.2026 21:30:14

    Astarada şose qaçışı üzrə ölkə birinciliyi keçirilib

    4.10.2026 20:25:38

    "Baş məşqçidir də, oyundan sonra nəsə deməlidir" - Ayxan Abbasov

    4.10.2026 19:59:51

    "Bu gün bütün qərarlar əleyhimizə oldu" - Edqaras Yankauskas

    4.10.2026 19:30:16

    Millimiz Litvanı məğlub edib, qrup lideri oldu

    4.10.2026 18:58:48

    DÇ: Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

    4.10.2026 18:54:18

    Karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb

    4.10.2026 18:12:34

    2-ci Liqa: "Şirvan" və "Marafon" büdrədi, "Dinamo" darmadağına sevindi

    4.10.2026 17:31:18

    Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qaldı

    4.10.2026 16:49:40

    Azərbaycan - Litva: HEYƏTLƏR

    4.10.2026 16:05:44

    DÇ: Könül Əliyeva 1/8 finalda dayandı

    4.10.2026 15:45:14

    Vəli Qasımov poker etdi, "Neftçi" qələbə qazandı

    4.10.2026 15:17:17

    DÇ: Balabəy Ağayev mübarizəni dayandırıb

    4.10.2026 14:08:55

    "Respublika Stadionu bizə çox şeyi xatırladır" - Vəli Qasımov

    4.10.2026 13:29:44

    AFFA-nın texniki direktoru “Kəpəz”in qonağı olub

    4.10.2026 12:55:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved