"Azərbaycan və Türkiyə 2 dövlət, 1 millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edərək buraya gəldik".
Prosport.Az xəbər verir ki, bu sözləri “Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartal deyib.
O, “Turan Tovuz”la Bakıda keçirilən yoxlama görüşünü şərh edib: “2:0 hesabı ilə qalib gəldik. Bu oyunda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi. Əsas olan əlaqələrimizi möhkəmləndirmək idi”.
