UEFA Millətlər Liqasının D Liqasında millimizlə eyni qrupda yer alan Litva yığması dünən yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, komanda Andorra ilə üz-üzə gəlib. Matç litvalıların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Qeyd edək ki, Litva millisi növbəti görüşünü oktyabrın 4-də Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək.
