UEFA Millətlər Liqasında bu gün Bakıda Lixtenşteynlə üz-üzə gələcək Azərbaycan millisinin "23-lüy"ü müəyyənləşib.
Prosport.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov yığmanın heyətinə dəvət etdiyi 30 futbolçudan 7-ni matçın iştirak ərizəsinə daxil etməyib.
Ukraynanın "Bukovina" klubuna məxsus olan Renat Dadaşov zədə səbəbindən görüşü buraxacaq.
Budan əlavə, "Qarabağ"dan Bədavi Hüseynov, "Turan Tovuz"dan Rahil Məmmədov, "Sabah"dan Rəhman Daşdəmirov, "Araz-Naxçıvan"dan Ceyhun Nuriyev ilə Mustafa Əhmədzadə, "Şəfa"dan Fərid Yusiflinin meydana çıxmayacağı dəqiqdir.
Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.
