"Neftçi" bu yay Qazaxıstan millisinin və Rusiyanın "Zenit" klubunun futbolçusu Nuralı Alipi heyətinə qatmaq istəyib.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" 26 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer etmək üçün Sankt-Peterburq təmsilçisinə rəsmi müraciət göndərib.
Lakin Bakı klubunun təklifi "Zenit" rəhbərliyini qane etməyib. Rusiya təmsilçisi Qazaxıstan yığmasının kapitanı ilə yolları ayırmaq istəmədiyini bildirib.
Beləliklə, Sankt-Peterburq klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan Alipin "Neftçi"yə keçidi baş tutmayıb. O, cari mövsüm "Zenit"in heyətində bütün turnirlərdə 9 oyunda meydana çıxıb.
