Azərbaycan millisinin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasında sabah Lixtenşteynə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, kapitan əvvəlcə fikirlərini bölüşüb.
– Bizim üçün vacib oyun olacaq. Qalib gəlməliyik. Əlimizdən gələn hər şeyi edəcəyik ki, qələbə qazanaq.
– “Rəqib zəifdir və qələbə qazanmağa məcburuq” fikirləri var. Bu, gərginlik yaratmır?
– Gərginlik yox, məsuliyyət var. Ukrayna, Fransa kimi rəqiblərlə matçlarda da bizdən qələbə gözləmirdilər, yaxşı oyun istəyirdilər. Amma sabah mütləq qələbə qazanmalıyıq.
