Şotlandiyanın U-21 millisinin yeni baş məşqçisi Toni Doherti 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla bu gün keçiriləcək oyun barədə danışıb.
Prosport.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis Azərbaycanla qarşılaşmada əsas məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib:
“Bu seçmə mərhələsində 8 oyun geridə qalıb, daha 2 matçımız var. Növbəti mərhələyə yüksəlmək üçün az da olsa, şansımız qalır. Bunun üçün hər iki oyunda qalib gəlməli və Çexiyanın xal itirməsinə ümid etməliyik. Buna görə də qarşıdakı iki matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Nəticələr növbəti seçmə mərhələsinin püşkatmasında üçüncü və ya 4-cü səbətdə yer almağımıza da təsir edə bilər”.
O, Azərbaycanla matçda hücum futboluna üstünlük verəcəklərini də söyləyib: “Bu, qalib gəlmək üçün meydana çıxacağımız oyundur. Eyni zamanda hücumameyilli, baxımlı və azarkeşlərin zövq ala biləcəyi futbol oynamağa çalışacağıq”.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
