Azərbaycanlı FIFA referisi Tural Qurbanov növbəti beynəlxalq təyinat alıb.
Prosport.Az xəbər verir ki, beynəlxalq dərəcəli baş hakim 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Latviya matçını idarə edəcək.
Ona Cəmil Quliyev və Asiman Əzizli yan xətt hakimləri, Cavid Cəlilov isə 4-cü hakim qismində yardımçı olacaq.
İngiltərəli Nil Berri hakim-inspektor, bosniya və herseqovinalı Oliver Qlibo isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Levadiya şəhərindəki “Lambros Katsonis” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
