UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel Beer-Şeva” klublarının iştirakı ilə keçirilən oyunlardakı insidentlərlə bağlı qərarlar qəbul edib.
Prosport.Az xəbər verir ki, UEFA-nın İntizam, Etika və Nəzarət Komitəsi hər iki qarşılaşma üzrə sanksiyalar tətbiq edib.
Avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş və rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatmış ilk matçda İsrail klubu azarkeşlərinin meydana əşyalar atması ilə bağlı 1 500 avro məbləğində cərimələnib.
Avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş cavab görüşündə isə “Sabah” 3 ayrı pozuntuya görə xəbərdarlıq alıb. Bunlar oyunun gec başlaması, baş məşqçi Valdas Dambrauskasla bağlı gecikmə və stadionun nəhəng ekranında icazəsiz təkrar görüntülərin nümayiş etdirilməsi olub.
Eyni oyunda “Hapoel Beer-Şeva” azarkeşlərin meydana əşya atmasına görə 2 750 avro cərimələnib.
Qeyd edək ki, “Sabah” cavab görüşündə əlavə vaxtda 5:2 hesabı ilə qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
