Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn yığmasına qarşı keçirəcək.
Prosport.Az qarşılaşma öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtlarını diqqətinizə çatdırır:
30 sentyabr
Lixtenşteyn milli komandası
16:15. Mətbuat konfransı
16:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadioununda keçiriləcək.
