SOCAR ilə İtaliya Futbol Federasiyası (FİGC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Prosport.Az xəbər verir ki, bu barədə FİGC-ın rəsmi saytı məlumat yayıb.
Məlumata əsasən, SOCAR 5 il ərzində İtaliyanın kişi və qadınlardan ibarət milli komandalarının baş qlobal enerji sponsoru olacaq.
Sazişi İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıb.
